Zaqatalada vəhşi heyvan kəndə hücum etdi

Zaqatalada canavar kəndə hücum edib. APA TV-nin məlumatına görə, hadisə rayon mərkəzinə ən yaxın yaşayış məntəqəsi olan Aşağı Tala kəndində baş verib. Kənd sakini Məhəmməd Həmzəyevə məxsus evin həyətyanı sahəsində tikilmiş tövləyə hücum edən canavar  tövlədə olan 5 baş qoyunu yaralayıb. Ev sahibləri hadisədən səhər tövləyə gələrkən xəbər tutublar. Qoyunlardan biri ölüb, digər ikisini sahibi kəsib. Yaralı heyvanlar isə müalicə olunur. Hadisə ilə bağlı dərhal rayon Baytarlıq İdarəsinə müraciət edilib. Rayon Baytarlıq İdarəsinin əməkdaşları tövlə və tövlənin ətrafında dezinfeksiya işləri aparıb. Ölən və kəsilmiş heyvanların basdırılması məsləhət görülüb.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov