Sürücü yuxuladı, avtomobili "KrAZ"a çırpıldı
Gəncədə bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-TV-nin Qərb bürosuna verilən məlumata görə, qəza aprelin 17-də saat 12 radələrində Gəncə-Bakı magistral yolunun Zazalı postuna yaxın ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əsgər Kazımovun idarə etdiyi “Ford” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan, “Azərenerji” ASC-yə məxsus, işıq dirəkləri daşıyan “KrAZ” markalı avtomobilin arxasına çırpılıb.
Qəza nəticəsində Əsgər Kazımov ağır bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, hadisəyə “Ford”un sürücüsünün sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.