Göygöldə faciə: 1 ölü, 1 yaralı

Göygöl rayonunda məcburi köçkünlər üçün yaşayış binalarının tikintisində bədbəxt hadisə baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. APA TV-nin xəbərinə görə, Murovdağ qəsəbəsində inşaat işlərində çalışan iki fəhlənin -  Ağcəbədi rayon sakinləri 51 yaşlı Əliqəmə Məmmədov və 45 yaşlı Ayaz Nuriyevin üzərinə tikinti daşları düşüb.
Xəstələr dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxansının tramatologiya şöbəsinə yerləşdilrib. Həkimlərin səylərinə baxmayaraq, Ayaz Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Digər xəsarət alanın müalicəsi isə davam etdirilir. 

Hazırda Göygöl rayon prokurorluğunda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli