Türkiyədə iğtişaş: fəhlələr binaları yandırdılar

Türkiyənin Kütahya bölgəsindəki istilik stansiyasında işdən çıxarılanlar iğtişaş törədiblər. APA TV-nin məlumatına görə, onlar stansiyada bir neçə binaya od vurublar. Hadisələr nəticəsində 5 nəfər yaralanıb, 4 binaya ziyan dəyib, 10 maşın yararsız hala salınıb. Hadisə yerinə polis və jandarma dəstələri cəlb edilib. İşçilər asayiş keşikçilərini daşqalaq ediblər, təhlükəsizlik qüvvələri ortalığı müharibə meydanına çevirən qrupu dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Lakin stansiyada sakitliyi bərpa etmək o qədər də asan olmayıb.

 

Nəhayət, bədəliyyə başçısı Xəlil Öztürk hadisə yerinə gəlib. O, stansiyanın rəhbərliyi və narazı fəhlələrlə danışıqlar aparıb. Bələdiyyə başçısı ilə görüşdən sonra işçilər dağılışıblar. 

 

Müəllif | Apa.Tv
Apa.tv