Bakıda sərnişin avtobusları toqquşdu, xəsarət alanlar var
Bakıda iki sərnişin avtobusun toqquşub. Nizami Rayon Polis İdarəsindən verilən APA TV-yə məlumata görə, hadisə “Neftçilər” metrostansiyasının yaxınlığında qeydə alınıb. 50 saylı xətt üzrə hərəkət üzrə edən “Daewoo” markalı sərnişin avtobusu ilə 35 saylı xətt üzrə hərəkət edən “İsuzi” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 1968-ci il təvəllüdlü Gülqız Əbülfəzova, 1949-cu il təvəllüdlü Solmaz Məmmədova və 1958-ci il təvəllüdlü Caməfər Balabəyov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Qəza nəticəsində daha bir neçə nəfərə elə hadisə yerindəcə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.