Nazir Hüseyn Bağırov Bərdədə vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Bərdədə sakinləri qəbul edib. APA TV-nin xəbərinə görə, qəbula Bərdə ilə yanaşı Ağcabədi, Zərdab, Tərtər, Ağdam, Xocavənd və Laçın rayonlarından olan 50-yə qədər vətəndaş qatılıb. Vətəndaşlar əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı müraciət ediblər. Bəzi şikayətlərin  hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin aidiyyəti qurumlarına tapşırıq verilib, digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Şikayətlərdən və müraciətlərdən bəziləri isə yerində həll olunub.

 

Müəllif | Apa.Tv