Əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatıb

"Əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb. “Elektron hökumət” portalının statistikasına əsasən, DSMF-nin təqdim etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir".
APA TV-nin xəbərinə görə, bunu DSMF-nin Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova deyib: "2014-cü ilin yanvar ayından hazıradək onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 10200 fərdi şəxsi hesab açılaraq, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib".

“Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir: "Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və ona sosial sığorta nömrəsi əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir".

Eyni zamanda, əgər vətəndaş sığortaolunan kimi fərdi uçot sistemində qeydiyyatdadırsa, bu zaman imtina haqqında informasiya əks olunmaqla sığortaolunanın nə zaman və hansı sığortaedən tərəfindən uçota alınması ilə bağlı xüsusi pəncərə açılır. “Sığortaolunanın onlayn uçota alınması” elektron xidməti interaktivdir, xidmətdən istifadə ödənişsizdir.Elektron xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova