Sosial sığorta sistemində fərdi uçota alınanların sayı artıb


"Azərbaycanda fərdi uçot sistemində 2 mln. 750 mindən çox sığortaolunan qeydiyyata alınıb".
APA TV-nin xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova bildirib. O qeyd edib ki, bu, 2006-cı ilin yanvarın 1-ə olan göstəricidir: "Sosial sığorta sistemində fərdi uçota alınanların sayı 2013-cü il ərzində 425 min nəfərdən çox artıb".

2014-cü ilin yanvar ayının 1-dən indiyə qədər sığortaolunanların sayı 65 min nəfər artıb. 17 634 nəfər əcnəbinin isə fərdi şəxsi hesabı açılıb.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova