DYP əməkdaşlarına daha çox halda sürücüləri təqib etmək imkanı verilib

Dövlət Yol Polisinə daha çox halda sürücüləri təqib etmək imkanı verilib. APA TV-nin xəbərinə görə, Milli Məclisin iclasında "Yol hərəkəti haqqında" qanunda edilən dəyişiklikdən sonra sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər.

 

Eyni zamanda millət vəkilləri İnzbati Xətalar Məcəlləsinə dəyişiklik ediblər. Dəyişikliyiə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları ixrac etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığa quraşdırılmasına və dəyişdirlməsinə görə beş yüz manat miqdarında cərimə ediləcək.

 

Həmçinin deputatlar "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna edilən dəyişikləri müzakirəyə çıxarıb. Dəyişikliyə əsasən şübhəli şəxslərin saxlanılma müddəti 48 saatdan 96 saata qaldırması təklif olunub. Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsi tərəfindən təqdim edilən qanun layihələri  deputatlar tərəfindən səsə qoyularaq qəbul edilib.

 

Müəllif | Apa.Tv