Yanukoviçə qarşı yeni ittihamlar irəli sürüldü

Ukrayna baş prokurorluğu eks-prezident Viktor Yanukoviçin terror təşkilatı yaratması barədə ittiham irəli sürüb. Onunla bərabər keçmiş daxili işlər naziri və Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinə qarşı bu maddə ilə cinayət işi açılıb. "Məlum olub ki, hər 3 şəxs əlbir olaraq, fəaliyyəti 2014-cü il fevralın 2-də Kiyevin İnstitutsk küçəsində insanların kütləvi şəkildə öldürülməsinə yönəlmiş terror təşkilatı yaradıblar. Onlar Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbçilərini bu təşkilata cəlb ediblər",- deyə prokurorluğun məlumatında deyilir. Viktor Yanukoviç barəsində bir neçə maddə ilə cinayət işi başlanıb.

 

Bu arada Cenevrə razılaşması və pasxa bayramı səbəbi ilə Ukraynada antiterror əməliyyatları bir qədər qeyri-aktiv fazaya keçib. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin mətbuat katibi Marina Ostapenkonun sözlərinə görə, antiterror əməliyyatları davam edəcək, lakin onun nə qədər davam etməsi terroristlərin Ukrayna torpaqlarında qalmasından asılıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv