Səlim Müslümov: "Sizə 10 gün vaxt verirəm..."
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov respublikada işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi və aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının məsul şəxslərinə etiraz edib. APA TV-nin xəbərinə görə, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbləylinin təqdim etdiyi hesabata etiraz edən Səlim Müslümov bildirib ki, insanların sosial rifahını yüksəltmək üçün normal peşə yönümü və ixtisasartırma məsələləri ilə məşğul olmaq və insanları normal şəkildə işlə təmin etmək lazımdır:
Söhbət tək sizdən getmir. Burda o işlə məşğul olmalı olan 75 nəfərdən, mərkəzin direktorundan, işçilərdən gedir. Öz səlahiyyətlərini bilməyənlərdən gedir. Bircə şey bilirlər. Nə qədər müavinət veriləcək?"
Səlim Müslümov rayon məşğulluq mərkəzlərinin direktorlarına tapşırıq verərək 10 gün ərzində bütün təkliflərini dövlət məşğulluq xidməti aparatına təqdim etmələrini, aidiyyatı struktur bölmələrinin rəhbərlərinə məşğulluq xidməti sistemində çalışanların sayının və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təkliflərin hazırlanması tapşırılıb: "Sizə 10 gün vaxt verirəm, hətta mən fikirləşdim ki, məşğulluq mərkəzlərinin nüfuzunu qaldırmaq üçün elə bunların özünə verək. Əl çalmaq lazım deyil, mən hələ demirəm o sizə verilir. Onu almaq lazımdır".
Tədbirdə nazir müavini Mətin Kərimli, şöbə müdiri Vahab Məmmədovun hesabatları dinlənilib. Məşğulluq xidməti orqanları tərəfindən aparılan işlər və məşğulluğun təminatı sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.