Tərtərdə maskalı şəxslər ev qarət etdilər

Tərtərdə bıçaqlanma hadisəsi baş verib. Tərtər rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Bəyimsarov kəndində üç nəfər maskalı şəxs kənd sakini  Rüxsarə  Həsənovanın evinə basqın edib. Onlar  ev sahibinin oğlu  Vidadi Hüseynova çoxsaylı bıçaq zərbəsi vuraraq evdən 600 manat pul  və 1800 manat dəyərində qızıl-zinət əşyalarını aparıblar. Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Vidadi Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir .

Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən əməli törətmiş şəxslərin kimliyini müəyyən edilməsi istiqamətində iş aparır.

Müəllif | Apa.Tv