Çində mədəni su basdı: 20 ölü

Çinin Yunnan vilayətində sel suları altında qalan mədəndən daha 14 nəfərin meyiti tapılıb.

 

APA TV-nin Çin KİV-lərinə istinadən verdiyi məlumata görə, bununla da mədəndə ölənlərin sayı 20 nəfərə çatıb.

 

Xatırladaq ki, kömür mədənində qəza aprelin 7-də baş verib. 22 nəfər sel sularının altında qalıb.

 Ərazini sel sularının basmasına səbəb kimi mədəndə baş verən partlayış göstərilir.

Kömür mədəninə aparan cığırların dar olması və tamamilə tutulması axtarış-xilasetmə işlərini olduqca çətinləşdirib. İnsidentlə əlaqədar mədəni işlədən şirkətin direktorlar şurasının sədri, menecer və hüquqi təmsilçisi də daxil olmaqla 7 nəfər həbs edilib.

 

Müəllif | Apa.Tv