Ukraynada rus dilinə "yaşıl işıq"
Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov rus dilinə rəsmi statusun verilməsi məsələsini regionların öhdəliyinə buraxacağını vəd edib.
APATV-nin "UNİAN" agentliyinə istinadən verdiyi xəbərə görə, Ali Radanın rəsmi saytında dərc edilən sənəddə belə deyilir.
Bundan başqa, Ukraynanın baş naziri Arseni Yatsenyuk rus dilinə xüsusi statusun veriləcəyini bildirib. O, hökumətin əsaslı konstitusion islahatların həyata keçirilməsinə hazır olduğunu da vurğulayıb.