Gənc boksçumuz erməni rəqibini uddu

Boks üzrə gənclərdən ibarət milli komandamızın daha bir üzvü Bolqarıstanda keçirilən dünya birinciliyində növbəti mərhələyə yüksəlib.  APA TV-nin məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Şamil Əliyev 1/16 final mərhələsində Ermənistan boksçusu Gevorq Petrosyana qalib gəlib. Bundan öncə həmyerlimiz  Yaponiya nümayəndəsi Ren Umemura üzərində çətinlik çəkmədən qələbə qazanıb.

Qeyd edək  ki,  1/16 final mərhələsində ermənilərin daha 2 boksçusu-  Qrayr Şaxverdyan və Qevork Petrosyan rəqiblərinə 0 :3 hesabı ilə məğlub olmaqla mübarizəni dayandırıb. Şamil Əliyevin məğlub etdiyi Gevorq Petrosyan ötən il keçirilən kinboksinq üzrə konfederasiya kubokunun qalibi olub.  

Müəllif | Apa.Tv