Bakıda 20 yaşlı oğlanı həmyaşıdı bıçaqladı

Bakıda gənc oğlan bıçaqlanıb. Hadisə Yasamal rayonunda qeydə alınıb. 20 yaşlı Qənbər Süleymanov aldığı bıçaq yarası ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, cinayət hadisəsi Moskva prospekti 67 saylı binanın qarşısında baş verib. Araşdırmalar nətıcəsində Qənbər Süleymanovun həmyaşıdı Nəsir Nəsirov tərəfindən bıçaqlandığı məlum olub. Sabirabad rayon sakini Nəsir Nəsirov Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Qeyd edək ki, saxlanılan şəxsin 20 yaşı var. Əməlindən peşman olmadığını deyən Nəsirovun barəsində CM-nin 126-cı, qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır.

Müəllif | Apa.Tv