Qəbələdə dəhşətli qəza: 2 ölü
Qəbələ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Qəbələ-Ağdaş yolunun 21-ci kilometrliyində, rayonun Çarxana kəndi ərazisində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı minik maşını sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, Tovuz rayon sakini Elçin Qocayev və onun sərnişini olan həmyerlisi Ruslan Hümmətov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.