İş tapmaq istəyən şəxslər hansı qaydalara əməl etməlidirlər?
İş hər kəsin həyatında vacib məsələlərdən biridir. İş bəziləri üçün karyera qurmaq, bəziləri üçün isə maddi durumun yaxşılaşdırılması, kimi üçünsə dolanışıq deməkdir. Nəzər alsaq ki, indiki vaxtda iş axtaranların sayı yetəri qədərdir mövzunun nə qədər aktual olduğunun fərqinə varmaq olar. Biz işi necə axtarırıq? Təbii ki, əvvəlcə dost-tanış vasitəsi ilə digər bir variant isə CV verməklə. CV nədir? Bu sualla şəhər sakinlərinə müraciət etdik. CV-nin nə olduğunu bilməyənlər də tapıldı. Bilənlərdən bəziləri isə CV-nin əhəmiyyətsiz bir vasitə olduğunu bildirdilər.
- CV nədir ki?
- Xeyr.
- Azdan-çoxdan anlayışım var. İş üçün gedirsən, CV doldurub verirsən.
- CV? Sivil deyirsiniz də yəqin ki? CV? Yox, bilmirəm.
- CV dolduranda iş stajı, iş təcrübəsi, müraciət edənin əvvəllər harada işləməsi birinci götürülür.
- CV insanın özü haqqında məlumat. CV çox vaxt geri qaytarılır.
Bəli, CV bizim haqqımızda olan ilkin məlumatdır. Məsələn, hansısa bir əsəri oxumaq istəyirik. Əsərin başlanğıcında qısa xülasə ilə tanış olduqdan sonra kitabı oxuyub oxumayacağımıza qərar veririk. CV-də belədir, işə götürən birinci növbədə iş axtaranın CV-si ilə tanış olur və bundan sonra işə götürüb götürməyəcəyinə qərar verir. Deməli, CV yazarkən daha diqqətli olmalıyıq və özümüz haqqında düzgün və dolğun məlumat verməliyik. Bəs biz bütün bu qaydalara riayət edirikmi? İşə düzəltmə saytının rəhbəri Günay Tağıyeva bildirib ki, CV bizim böyük problemlərimizdən biridir.
"İzah edim niyə. Birincisi həmişə deyirəm CV-də şəkil mütləq deyil. Olduqda da işə götürən baxır görür ki, necə bir insandır. Dostları ilə qucaqlaşmış formada şəkil kəsib qoyurlar. Şəkildə də oradan da əl-burdan əl çıxır və yaxud elə bir pozalarda şəkil göndərirlər ki, mən özüm zəng edib deyirəm ki, sizcə belə bir şəkillə hər hansı yaxşı bir iş tapa bilərsiniz? Soruşurlar dəyişdirək? Deyirəm əlbəttə ondansa şəkilsiz göndərin.
Biz CV-yə hansı məlumatları daxil etməliyik? Ümumiyyətlə CV-ni necə yazmalıyıq və nələrə daha çox diqqət etməliyik?
"CV-də şəxsin özü haqqında məlumat olmalıdır. KimsiziniZ, harada oxumusunuz hansı treninqləri keçmisiniz? Qısa, ancaq bu da o demək deyil ki, hər şey ixtisarla verilməlidir. Əgər vətəndaş müxtəlif işlərdə işləyibsə böyük bir praktikanız varsa əlbəttə ki, qeyd edirsiniz.
Bildirilib ki, bəzən "haqqımda" bölümünə iş axtaranlar hobbilərini və digər məlumatlar yazırlar ki, bu da xaricdən götürülmüş paralellərdir. Ancaq bu işə götürən tərəfindən nəzərə alınmır.
İşə düzəltmə saytının rəhbəri Günay Tağıyeva: "CV-də maraqlı məlumatlardan biri də hobbi. Yazırlar mən kitab oxumağı xoşlayıram. Mən fılan musiqini xoşlayıram. Mən səhərlər qaçmağı xoşlayıram. Və mən izah edirəm cv-də bu lazımsız məlumatdır. O ki,qaldı səhərlər qaçamaq siqart çəkmirəm və s. Xarici cv-ləri siz baxsaz orda deyilir ki, bəli bunları qeyd edin. Çünki xaricdə doğrudan da sağlam tərzi aparan insanlara üstünlük verilir. Elə şəxlərin maaşı daha artıq olur. Bizdə amma belə bir paralel yoxdur".
Günay Tağıyeva qeyd edib ki, problemin biri də məhz geyimlə bağlıdır. İş axtaranlara geyimləri ilə bağlı nəsə irad bildirdikdə aqressiya ilə qarşılaşırlar: "İşə düzəltməyə adi baxırlar deyirlər necə istəyirik gəlirik. Bura gələn bir şəxs oğlanlar olur. Üzləri təraş olmamış. Mən izah edirəm ki,mən başa düşürəm siz işdən gəlmisiz və yaxud nəsə gələn dəfə zəhmət olmasa geyimiz bu tür olsun üzünüz təraşlanmış olsun. Mənə qəribə baxırlar. Deyirlər nə olsun bundan asılı deyil. Mən izah edirəm ki, siz birinci baxışdan xoşa gəlməlisiz".
Xanımların geyiminə gəldikdə isə.....
- Həmişə xahiş edirəm ki, gəldikdə biznes direskot yəni ətək və ağ kofta biznes stillə gəlsinlər. Ayaqqabıya gəldikdə hündürdaban. Çox tez -tez mən belə bir problemlə rastlaşıram. Məsələn müdriyyət deyir ki, resepşn, ofis, menecer belə bir vəzifələrdə deyirlər gözəl görünüşlü xanım olsun. Çünki resepşın - katibə bunlar şirkətin birinci üzüdür, gözəl görkəmdə olmalıdır. Səhv başa düşülür və deyirlər ki, siz ora kimləri seçirsiniz ki, sizə gözəl görünüş lazımdır.
Bundan başqa müsahibim bildirib ki, bəzən tələblər çox, maaş isə az olur. Deyir ki, biz buna işə düzəltmə kimi müdaxilə edə bilmirik. Ancaq buna baxmayaraq müdiriyyətlə danışıb bildiririk ki, bu tələblərlə daha çox maaş verilməlidir. Necə deyərlər, bu da qalır müdiriyyətin insafına. Ya o bizim təklifimizlə razılaşıb maaşı artıq verir ya da deyir ki, mən ancaq bu maaşı təklif edə bilərəm. Bütün hallarda iş tapmaq özümüzdən asılıdır. Ya özümüzü düzgün tanıdıb yaxşı iş tapacağıq, ya da məsuliyyətsiz yanaşıb tapdığımız işi də əlimizdən qaçırdacağıq. İşiniz avand olsun.