Xəstəxana həyətindən körpə meyiti tapıldı

Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti tapılıb. 

 

APA TV-nin məlumatına görə, hadisə yerinə Qax rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları çıxıb. İlkin  arışdarmalardan sonra məlum olub ki, yeni doğulmuş körpə meyiti xəstəxananın həyətinə nəməlum şəxs tərəfindən atılıb. Araşdırma zamanı o da müəyyən edilib ki, çılpaq vəziyyətdə tapılan körpə vaxtından əvvəl doğulub və cinsiyyəti oğlan olub.  Körpənin meyiti tibbi ekspertiza üçün Qax MRX-nın morquna aparılıb. Qax MRX-nın doğum şöbəsinin müdirü Reyhan Məmmədovanın  verdiyi məlumata görə, aprelin 18-i axşam saatlarından  19-u səhərə kimi doğum şəbəsində növbədə olub. Bu müddət ərzində şöbədə heç bir doğuş və ya doğuşla bağlı müraciət qeydə alınmayıb.

 

Fakyla bağlı  Qax rayon prokurorluğunda körpənin harada və hansı şəraitdə doğulduğu, kim və ya kimlər tərəfindən xəstəxananın ərazisinə atıldığı araşdırılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov