10 minlərlə əhali vahid Ukrayna naminə küçələrə çıxdı
Denepropetrovsk vilayətinin Krivoy Roq şəhərində əhali vahid Ukrayna naminə küçələrə çıxıb. Mitinqə 10 minlərlə Ukrayna tərəfdarı toplaşıb. Şəhər əhalisi "Qorkiy" meydanına yığışaraq müharibə istəmədiklərini və vahid, suveren, bölünməz Ukrayna tərəfdarı olduqlarını bildiriblər. Mitinqçilər əllərində Ukrayna bayraqları daşıyıblar. Onların bəziləri kamuflyaj geyimində olub.
Donetsk vilayətinin Kramatorsk şəhərində Ukrayna hərbçisi həlak olub. Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi bədbəxt hadisə nəticəsində ölüb. Daha öncə isə Ukrayna mətbuatı Donetsk hava limanında xüsusi təyinatlının səhvən öz həmkarını güllədiyini yazıb. O, qarovulda durarkən səs eşidib və bunu qanunsuz müdaxilə kimi qiymətləndirərək silaha əl atıb.