Dağıstanda güclü yanğın: 24 ev yandı
Dağıstanın yüksək dağlıq ərazisində yerləşən Genux kəndində yanğın baş verib. Hadisə nəticəsində 24 ev yanıb, 99 nəfər evsiz qalıb. Yanğın nəticəsində xəsarət alan yoxdur. Dağıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, polislər kənd əhalisinə əşyalarını yanğından xilas etməkdə kömək ediblər.
İlkin versiyaya əsasən yanğın evlərdən birində baş verib. Daha sonra güclü külək sayəsində digərlərinə keçib. Tikintinin sıx və relyefin çətin olması səbəbindən yanğını uzun müddət söndürmək mümkün olmayıb.