Hava buludlu və yağışlı olacaq

Aprelin 20-si axşam şimal və qərb rayonlarından başalayaraq ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi,  şimkək çaxacağı gözlənilir. Qısa müddətli yağış yağacaq, mülayim şərq küləyi əsəcək:

 

"Havanın temperaturu 21-i və 22-də bir qədər aşağı enərək mərkəzi aran rayonlarında günorta saatlarında 18-23, dağlarda isə günorta saatlarında 10-15 dərəcə isti müşahidə olunacaq. Aprelin 20-də şimal və qərb rayonlarından başlayaraq 23-dək bölgələrdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. 20 də buldululuğun artacağı 20-dən 21-nə keçən gecə yağış yağacağı gözlənilir".

 

21-i gecə və səhər saatlarında paytaxtda da qısa müddətli yağış yağacağı ehtimalı var. 22-də hava şəraitinin tutqun olacağı bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu günorta saatlarında 15-20 dərəcə isti olacağı ehtimalı var.


Aprelin 23-də isə  hava şəraitinin  dəyişkən buldulu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmuruz keçəcəyi proqnozlaşdırılır.

Müəllif | Apa.Tv
Almaz Qasımova