Konsertə gedən Can Bonomo ağır yol qəzasına düşdü
Türkiyəni məşhur müğənni Can Bonomo ağır avtomobil qəzası keçirib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Eurovision 2012” musiqi yarışmasının təmsilçisi komandası ilə birgə Çanakkaledə konsert verməyə gedərkən avtomobil qəzasına düşüb. Sürcünün qəflətən idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dəniz sahilindəki mühafizə dirəklərinə dəyib. Müğənninin və köməkçilərinin qəza zamanı yüngül bədən xəsarətləri aldıqları bildirilir. Qəzadan sonra xəstəxanaya aparılan Bonomo ölümdən döndüklərini söyləyib.
"Dostlarımdan birinin ayağı zədələnib, digərinin isə başına tikiş qoyulub".
Sağ qaldığına görə, Allah şükür edən müğənni deyib ki,. Maşın uçurumun kənarında, dənizə bir addım qalmış dayandı. Tanrı onları qoruyub.