Slavyanskda atışma: 5 ölü 4 yaralı

Aprelin 20-də gecə saatlarında Ukraynanın Slavyansk vilayətindəki blokpostlardan birində atışma baş verib. "Rossiya 24" telekanalının yaydığı məlumata görə, hadisə nəticəsində 3 şəhər vətəndaşı və hücum edən 2 şəxs ölüb. 4 yaralı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Blokposta edilən hücum zamanı orada yalnız avtomobili yoxlayan dinc insanların olduğu deyilir. Blokposta yaxınlaşan avtomobildən açılan atəşdən sonra özünümüdafiə döyüşçüləri onlara cavab atəşi açaraq 3-ünü öldürüblər. Avtomobilə baxış zamanı oradan "Sağ sektor"a məxsus simvol və Ukrayna ordusuna məxsus olmayan çoxsaylı silah aşkar edilib.

 

Müəllif | Apa.Tv