Xristianlar Pasxanı qeyd edir
20 aprel tarixi xristian din aləmində Pasxa bayramı kimi qeyd edlir. Peyğəmbər İsa Məsihi tərəfdarları gecə saatlarından başlayaraq bayramı qeyd etməyə başlayıblar. İnsanlar kilsələrdə toplaşaraq müxtəlif ayinlər yerinə yetirib, şam yandırıb və dualar ediblər. İsa peyğəmbərin ölümündən 3 gün sonra dirilməsinə inanan xristianlar Pasxada qırx günlük oruc tutub, ibadət edirlər. Pasxada Böyük pəhrizin, Pasxa tridumu, Sonuncu Şam Yeməyi və ayaq yumanın anıldığı Müqəddəs Cümə Axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi Müqəddəs Həftə adlanır.
Rusiyada prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev paytaxt Moskvada müqəddəs İsa kilsəsində dini ayində iştirak ediblər.
Qeyd edək ki, xristian ölkələri ilə yanaşı, Yaxın Şərqdə İsraildə, Türkiyə və Misirdə də xristianlar bir araya gələrək müqəddəs Pasxanı qeyd ediblər.