Pakistanda sərnişin avtobusu yük avtomobilinə çırpılıb, 42 ölü, 20 yaralı
Aprelin 20-də Pakistanın cənubundakı Sind əyalətində baş verən yol qəzasında ən azı 42 nəfər ölüb.
Hadisə Pano-Akil şəhəri yaxınlığında sərnişin avtobusunun yolun kənarında dayanmış yük avtomobilinə çırpılması nəticəsində baş verib. Ölənlər arasında 20-dək qadın və uşaq var. Polisin məlumatına görə, daha 20 nəfər xəsarət alıb.Qəzanın səbəbləri dəqiqləşdirilir. Məlum olan odur ki, qəza baş verən ərazidə yolun hərəkət hissəsindən biri təmir üçün bağlı olub.