10 ay əvvəl Suriyada qaçırılan 4 jurnalist Fransaya qaytarıldı

Keçən ilin iyulunda Suriyada qaçırılan və ötən gün Türkiyənin Şanlıurfa şəhərinin Suriya ilə sərhədindən Türkiyəyə daxil olan dörd fransız jurnalist ölkələrinə qayıdıb. Fransa Hərbi Hava Qüvvələrinə aid helikopterlə Parisə gətirilən jurnalistləri qarşılayanlar arasında ailələri ilə yanaşı, Fransa prezidenti Fransua Olland da olub.

 

Fransa prezidenti qısa çıxışı zamanı fransız jurnalistlərin tapılaraq, ölkələrinə təhvil verilməsində göstərdikləri xidmətlər görə, Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə öz təşəkkürünü bildirib.

 

Qaçırılan jurnalistlər açıqlamalarında bildiriblər ki, Suriyada bir neçə hərbi anbarda istifadə olunacaq kimyəvi silahların yerini çəkən zaman saxlanılıblar. 

 

Fransız jurnalistlərin sözlərinə görə, onları "Əl-Qaidə"nin bir qolu olan "Şam İslam Ölkəsi" adlı  terror təşkilatının üzvləri qaçırıb.

 

Müəllif | Apa.Tv