Yəməndə 30 "əl-Qaidə" üzvü öldürüldü

Yəmənin cənubunda Amerika ordusunun pilotsuz təyyarə ilə etdiyi hücum nəticəsində "əl-Qaidə" qruplaşması ilə əlaqəli olduğu bildirilən azı 30 döyüşçü ölüb. "Franspress"in məlumatına görə, xeyli sayda yaralıların olduğu da bildirilir.

 

Aviahücum Yəmənin Əl-Beyda vilayətində həyata keçirilib. Pilotsuz təyyarədən döyüşçülərin olduğu güman edilən avtomobilə raket zərbəsi endirilib. Başqa bir mənbə hücum nəticəsində, yaxınlıqda olan 2 maşına da ziyan dəydiyini, 5 mülki şəxsin həlak olduğunu, 6 nəfərin isə yaralandığını xəbər verib.

 

Ötən ilin dekabr ayında Yəmən parlamenti Amerikanın pilotsuz təyyarələrlə hava əməliyyatları keçirməsini qadağan edib. Ancaq amerikalı hərbçiləri tez-tez pilotsuz təyyarələri ölkənin hava məkanına buraxır. Son iki ayda 7 belə insident qeydə alınıb.

 

Müəllif | Apa.Tv
Apa.tv