Rusiya XİN: Slavyanskdakı qanlı atışmanın günahkarı Ukrayna millətçiləridir

Ukraynanın Slovyansk şəhərində buraxılış-keçid məntəqəsində ötən gecə baş verən atışmaya Rusiya Xarici İşlər Nazirliyi münasibət bildirib. Hadisə ilə bağlı bəyanat verən nazirlik Slovyanskda baş vermiş qanlı atışmaya görə, Ukrayna millətçilərinin məsuliyyət daşıdığını vurğulayıb.

Ukrayna rəsmiləri isə toqquşmanın iki qrup arasında baş verdiyini və nəticədə 1 nəfərin öldüyünü bildiriblər. İnsidentin səbəbinə gəlincə isə, bu Slovyansk şəhərində rusiyapərəst qüvvələrin tutduqları hökumət binalarını tərk etməkdən imtina etməsi fonunda baş verib.

 

Rusiya XİN-i Slovyanskdakı posta hücumun planının Ukraynanın radikal "Sağ sektor" qrupunun hazırladığını da qeyd edib.

 

"Sağ sektor" qrupu isə Facebook-da dərc etdiyi cavab bəyanatında Slovyanskdakı hadisələrlə heç bir əlaqələrinin olmadığını vurğulayıb.
Qeyd edək ki, ötən gecə Slovyanskda baş verən atışmada 3 rusiyapərəst etirazçı və 2 naməlum şəxs öldürülüb. Yaralanmış daha bir sakinin xəstəxanaya çatdırıldığı qeyd olunur.
 

Müəllif | Apa.Tv
Apa.tv