Maydan fəalının başına torba keçirib apardılar

Slavyanskda Rusiya tərəfdarları olan silahlılar Maydan iştirakçısı İrma Kratı aparıblar. Bu barədə Ukrayna mətbuatına hadisənin şahidləri məlumat verib. Separatçıları onu anti-maydançılara işgəncə verməkdə və "Berkut"u güllələməkdə təqsirli hesab edir. Separatçılar jurnalistləri başında torba olan İrma Kratın yanına aparıblar və bildiriblər ki, onun Maydanda "100 qadın" qruplaşması olub, Slavyanska da təxribat törətməyə gəlib. Bundan sonra Kratı naməlum istiqamətə aparıblar.

 

APA TV-nin xəbəbrinə görə, özünü Slavyansk şəhərinin meri elan etmiş Viçislav Panamaryov gecə saat 24-dən səhər saat 6-ya kimi şəhərdə komendant saatı elan edib. Yerli jurnalistlərin bildirdiyinə görə, buna səbəb aprelin 20-də blokpostda baş verən atışmadır.

 

Bəzi Rusiyan mətbuatı həmin atışmada "Sağ sektor"un əli olduğunu yazır. "Sağ sektor" isə bu atışma ilə heç bir əlaqəsinin olmadığını və Rusiya tərəfinin bu hadisəni həmin təşkilata yönəltməsinin səbəbinin şərqdəki Ukrayna xalqını qorxutmaq olduğunu deyib.

 

Bu arada atışma zamanı 3 Rusiya meylli vətəndaşın öldüyü deyilsə, onların kimliyi hələ açıqlanmayıb.

 

Donetsk vilayətinin Dobropolskiy rayonunda isə aprelin 20-si axşam saatlarında Ukrayna qoşunlarının blokpostuna silahlı hücum olub. Hadisə nəticəsində hücum edən şəxslərdən biri ölüb, bir neçə yaralanıb. 

 

Müəllif | Apa.Tv