Bakının mərkəzində yol çökdü

Bakıda yol çöküb. Hadisə Nobel prospekti - 64 ünvanında, Bakı Neftayırma Zavodunun yaxınlığında, şəhər istiqamətində olan hərəkət zolağında qeydə alınıb.

 

APA TV-nin xəbərinə görə, Nobel prospektində yolun köçməsi böyük tıxaca səbəb olub.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, çökmə səhər saat 08.00 radələrində qeydə alını: "Yolun alt hissəsində, təxminən 20 metr dərinlikdə, eni 1860 millimetr olan kanalizasiya kollektorunda baş verən sızma nəticəsində yolun torpaq yatağı və əsası yuyulub, bununla da asfalt-beton örtüyü çöküb".

Hadisə yerində olan "Azersu"nun əməkdaşlarını açıqlama verməyiblər.

 

Yaxın günlərdə qazıntı işləri aparılacaq və həmin istiqamətdə yol bağlanacaq.

Müəllif | Apa.Tv
Almaz Qasımova