Məşhur futbolçu gecə klubunda güllələnib

Türkiyənin Beşiktaş futbol klubun və yığmasının oyunçusu Gökhan Töre silahlı hücuma məruz qalıb. Türkiyə mətbuatında yayılan xəbərə görə, o, İstanbulun Şişli rayonunda gecə klublarından birində güllələnib. Çiynindən yaralanan futbolçu xəstəxanaya aparılıb və dərhal əməliyyat olunub. Həyatı üçün təhlükə olmayan beşiktaşlı futbolçu iki gün xəstəxanada qalacaq.

 

Dostları ilə oyun sonrası əylənməyə gedən Gökhan Törenin təsadüfi atılan gülləyə tuş gəldiyi bildirilir. Gecə klubunda baş verən hadisədə naməlum silahlı əvvəl bir qadına, sonra isə ətrafa atəş açıb. Nəticədə daha 5 nəfər yaralanıb.

 

APA TV-nin xəbərinə görə, polis araşdırmaya başlayıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı