Lavrov: "Rusiya Ukraynada vətəndaş müharibəsinin qarşısını alacaq"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna hakimiyyətini Cenevrə razılaşmasını pozmaqda ittiham edib. Lavrov Slavyanskda insan ölümlərinə gətirən hücumu pisləyib və bu hücumda Kiyevin hazırkı hakimiyyətini günahlandırıb.

 

Onun sözlərinə görə, Rusiya Ukraynada vətəndaş müharibəsinə yönəlik cəhdlərin qarşısını alacaq.

APA TV xəbər verir ki, o, “Ukraynada vətəndaş müharibəsinin başlanılması üçün məqsədyönlü iş aparanlar cinayətkar siyasət yürüdürlər. Biz bu siyasəti pisləməklə yanaşı, qarşını alacağıq” - deyə vurğulayıb.

 

S.Lavrov həmçinin Ukraynanın gərginlik yaşanan bölgələrində Rusiya silahlarının mövcudluğuna dair iddiaları gülünc adlandırıb.

 

Rusiya Prezidenti Vladimir Putin Krım tatarlarının və Krımın digər xalqlarının reabilitasiyası haqqında fərman imzalayıb.

 

İTAR-TASS-ın  istinadən verdiyi məlumata görə, bunu V.Putin Dövlət Şurasının iclasının açılışında deyib.

 

Onun sözlərinə görə, fərman Stalin dövründə repressiyalara məruz qalmış Krım tatarlarına, bu bölgənin erməni, alman, yunan və digər əhalisinə şamil edilir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı