ABŞ Ukraynada 5 milyard dollar xərcləyib
"Vaşinqton 1991-ci ildən indiyədək Ukraynaya 5 milyard dollar yardım edib".
İTAR-TASS xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nulanda bəyan edib: "ABŞ Sovet İttifaqı dağıldıqdan sonra - 1991-ci ildən bəri Ukraynaya təxminən 5 milyard dollar yatırıb. Bu pul Ukrayna xalqının güclü, demokratik hökumət qurmaq səylərinin dəstəklənməsinə sərf olunub".
O, Ukraynadakı son hadisələrə diqqəti çəkərək, "biz, əlbəttə ki, Maydan üçün pul xərcləmədik" deyə əlavə edib.
Dövlət Departamentinin rəsmisi Cen Psaki isə bildirib ki, ABŞ Ukraynadakı vəziyyətlə bağlı Rusiya prezidentinə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirmir. Onun sözlərinə görə, ABŞ tərəfindən tətbiq edilən sanksiyalar Ukraynadakı vəziyyətin həllinə kömək edir.