Qısamüddətli yağış yağacaq
Bakıda və Abşeron yarımadasında aprelin 22-dən 23-ə keçən gecə bəzi yerlərdə qısa müddətli yağış yağacaq, 23-də səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bu barədə APA TV-yə ETSN Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib: "Ayın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu ayın 23-də gündüz 15-20 dərəcə, 24-də isə 14-19 dərəcə isti olacaq".
Bölgələrdə ayın 23-də gecə və axşam bəzi dağlıq və dağ ətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Ayın 24-də gündüz əsasən yağmursuz keçəcək. Havanın temperaturu Aran rayonlarında gündüz 19-24 dərəcə, dağlıq rayonlarda isə 12-17 dərəcə isti olacaq.