Yasamalda mağazalardan oğurluq edən gənc tutuldu

Yasamal rayon Polis İdarəsinin əməkdaşları gecə saatlarında mağazaları qarət etməkdə təqsirləndirilən 20 yaşlı Vüqar Salahovu həbs ediblər. Təqsirləndirilən şəxs hələlik 2 oğurluqda iştrak etdiyini təsdiqləyib. Salahov oğurluğa tək getməyib. İstintaq sirri olduğundan hələlik onla birlikdə bu əməli törədən şəxsin kimliyi açıqlanmır.

Oğurlanan əşyalar və ərzaq məhsulları tən bölünüb. Saxlanılan şəxs cinayətə təhrik nəticəsində getdiyini desə də, istintaq onun verdiyi ifadəni qeyri-səmimi qəbul edir.  APA TV-nin xəbərinə görə, faktla bağlı 177 -ci oğurluq maddəsi ilə cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv