Azərbaycan Rusiyadan katerlər alır
Azərbaycan Rusiyadan yedəkdə daşınan motorlu katerlər alır. Bu barədə APA-ya Rusiyanın “Vımpel Shipyard” şirkətdən məlumat verilib. Şirkətin Malayziyada ötən həftə keçirilmiş DSA-2014 sərgisində iştirak edən nümayəndələrinin sözlərinə görə, Azərbaycan BMK-225 tipli yedəkdə daşınan motorlu katerlər sifariş verib.
Bu katerlər «Ural» və digər böyük nəqliyyat vasitələrinin üzərində daşınır. Çay və kiçik göllərdə, su ərazilərində ponton körpülərin salınmasında istifadə olunur.
Şirkət rəsmiləri hazırda sifarişin icrasının davam etdiyini bildiriblər.