Bakıda tutulan 26 yaşlı cibgir oğurladıqlarını narkotikə xərcləyirmiş

Xətai polisi həftə ərzində 3-cü cibgiri zərərsizləşdirib. APA TV-nin xəbərinə görə, bu dəfə əməliyyatçılar 1988-ci il təvəllüdlü Əliyev Ramiz Namiq oğlunu həbs ediblər. Sabunçu rayon sakini olan Əliyev həbs olunan zaman onun üzərindən narkotik vasitə aşkarlanıb.

 

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs narkotik istidəçisidir və 2009-cu ildə Suraxanı rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilib. İstinaq şöbəsində verdiyi ifadəsində Əliyev 44 , 51, 52 nömrəli marşrutlarda əsasən qadınların çantasından oğurluq etdiyini bildirib.

 

Əməli sübut olunarsa, bu, Əliyevin 3-cü məhkumluğu olacaq.

 

Müəllif | Apa.Tv