Nazir: "İranın mövqeyini dəyişməsinə ehtiyac var"
"İranın mövqeyini dəyişməsinə ehtiyac var. İnanırıq ki, Xəzər dənizi bütün sahilyanı ölkələr arasında əməkdaşlıq və dostluq dənizi olaraq qalacaq". APA TV-nin məlumatına görə, bunu Moskvada jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. Cavad Zərif qeyd edib ki, İran bütün qonşu ölkələrlə Xəzərin dostluq mərkəzi olaraq qalması üçün əməkdaşlığı davam etdirir: "Burda biz bir çox məsələni müzakirə etdik. Ötən gün Prezident İlham Əliyevin İrana səfəri gerçəkləşdi. İki prezident arasında çox yaxşı bir uyğunluq var idi. Ümid edirik ki, bu münasibət davam edəcək. Azərbaycan və İran arasında əməkdaşlıq bundan sonra da genişlənəcək".
Xarici işlər nazirlərinin yığıncağından danışan Cavad Zərif qeyd edib ki, Xəzər dənizindən ədalətli, bərabər formada yararlanmaq üçün münasib qərarlar qəbul edilə bilər.