Şamaxıda güclü yanğın
Şamaxıda 3 otaqlı ev yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Çuxuryurd kəndində baş verib.
Çuxuryurd kənd sakini, 1943-cü il təvəllüdlü Mirzəliyeva Raya Salman qızına məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı evdə güclü yanğın baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində evin 34 kv.m hissəsi yanğından mühafizə olunub. Qalan 26 kv.m hissəsi isə içindəki əşyaları ilə birlikdə yanıb. İlkin versiyaya görə, yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.