AXCP rayon təşkilatının sədri qəzada öldü, deputatlığa keçmiş namizəd isə yaralandı
Zaqatala rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 122-ci kilometrliyində qeydə alınıb.
Balakən rayon sakini 29 yaşlı Ramin Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 55 yaşlı Məhərrəm Mehdilli aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəö lüb. Sürücü Ramin Həsənov, digər sərnişinlər - Balakən rayon sakinləri, 54 yaşlı Fikrət Alqayev və 52 yaşlı Fizuli Xəlilov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Ramin Həsənovun və digər yaralı Fizuli Xəlilovun vəziyyəti ağır, Fikrət Alqayevin vəziyyəti isə isə orta-ağır hesab edilir.
APA-nın məlumatına görə, qəza zamanı dünyasını dəyişən Məhərrəm Mehdili AXCP-nin Balakən rayon təşkilatının sədri, xəsarət alan Fikrət Alqayev isə partiyanın məclis üzvüdür. Onlar Bakıdan toydan qayıdırmışlar.
Qəzada yaralanan Faiq Alqayev isə 2005-ci ildə “Azadlıq” blokunun Balakən rayonundan deputatlığa namizəd olub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.