Müdafiə sənayesi məhsullarına dair yeni dövlətlərarası standartlar hazırlanır
Bakıda MDB-nin müdafiə sənayesi məhsullarına dair yeni dövlətlərarası standartlar hazırlanacaq. APA TV-nin xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən MDB ölkələrinin Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (MQS) Elmi Texniki Komissiyasının 47-ci iclasında müdafiə sənayesi məhsullarına dair yeni dövlətlərarası standartların işlənib hazırlanması ilə bağlı müzakirələr aparılır.
İclasda Azərbaycan, Rusiya, Ukrayna, Belorus, Qazaxıstan və Özbəkistanın müdafiə və müdafiə sənayesi nazirliklərinin nümayəndələri iştirak edirlər.
Yeni standartlar yaxın 1-2 il ərzində tətbiq olunacaq.