Elmar Məmmədyarov: "Dağlıq Qarabağa dair danışıqlar intensivləşəcək"

"Mən inanıram ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar yenə intensivləşəcək".

APA TV-nin xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. Moskva səfəri çərçivəsində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla görüşən nazir görüş zamanı gələn aylarda hansı istiqamətlərdə danışıqların aparılacağı, hansı səfərlərin olacağı barədə geniş müzakirələrin aparıldığını qeyd edib: "Bugünkü status-kvo tam şəkildə qəbuledilməzdir. İlk növbədə erməni qoşunları işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilsin. Bu, həm sülhə, stabilliyə, həm də Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayırtmasına imkan yaradacaq".

 

Nazir Elmar Məmmədyarov İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallo görüşüb. Görüşdə iqtisadi baxımdan əməkdaşlıq məsələləri müzakirə edilib.

İspaniyalı nazir Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan regionda vacib ölkə olduğunu bildirib. Onun sözlərinə görə, İspaniya ilə Azərbaycan arasında siyasi məsələlərə dair memorandum hazırlanır və prezident İlham Əliyevin Madridə yaxın vaxtlarda baş tutacaq səfəri zamanı bu sənədin imzalanması gözlənilir. 

Müəllif | Apa.Tv