Bakıda I Xəzər Enerji Forumu keçirilir
"Xəzər regionunda mövcud olan qaz ehtiyatları dünyanın qaz ehtiyatlarının 7-11%, neft ehtiyatları isə 4-6%-ni təşkil edir. Xəzər regionundakı resurslarının 1,4%-i istehlak olunur".
APA TV-nin xəbərinə görə, bunu Bakıda keçirilən I Xəzər Enerji Forumunda Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. Nazirin fikrincə, bu, onu deməyə əsas verir ki, regionun ixrac potensialı kifayət qədədir. O bildirb ki, hesablamalara görə, Xəzər regionunda 2035-ci ilə qədər enerji ehtiyatları var və yeni kəşflər də gözlənilir. Yeni neft-qaz ehtiyatlarının kəşfi sahəsində 2035-ci ilə qədər ehtiyatların 2 dəfə artımı gözlənilir.
Nazir deyib ki, son 5 ildə Azərbaycanın enerji gücü 30% yenilənib. Azərbaycan öz enerji problemlərini həll etməklə yanaşı xaricə də enerji ixrac edir.
Qeyd olunub ki, Azərbaycan dövlətinin iqtisadi siyasətini nəticəsində Xəzərdən Şərqi Avropaya qədər yeni enerji dəhlizi formalaşmağa başlayıb. Bu dəhlizə isə 50 milyard dollarlıq sərmayənin qoyulması nəzərdə tutulub.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar isə deyib ki, Azərbaycan son 20 ildə keçmiş sovet ölkələri arasında tam müstəqil siyasət yeridib. Heç kimin nəzarətində olmayıb.
Forumda qeyd olunub ki, “Şahdəniz-2” layihəsinin investisiya müqaviləsinin imzalanması ilə iş bitmiş hesab olunmamalıdır.