Nazir: "Elə bil Bakıda yaşamırlar"

Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, 2015-ci il Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi zamanı heç bir yerdə ağaclar kəsilməyib: "Tbilisi prospektində yerləşən Heydər Əliyev İdman-konsert kompleksində təmir işləri aparılır. Hansı ağac təmir işlərində kəsilə bilər. Bulvardakı Əl oyunları sarayında da təmir işləri aparılır. Ətrafda hansı ağac kəsilə bilər. Böyük şor neft gölü idi, indi orada böyük  bir kompleks tikilir. Ətrafinda agaclar əkiləcək. Olimpiya oyunları üçün harada nə tikiriksə, orada bir dənə də ağac kəsilməyib.

 

Nazir bildirib ki, bu cür məlumatları yayanlar ya qərəzli mövqe tutanlardır, ya da qeyri-peşəkar jurnalistlər. Azad Rəhimov “nurçu” olması barədə səslənən iddialara da  cavab verib: ""Nurçuluq” nədir, heç mən onu bilmirəm. Onu mənə başa salsınlar, sonra danışım. Mənim bu cərəyanla əlaqəm yoxdur".

 

Cüdoçu Zulfiyyə Hüseynovanın prezident təqaüdü ala bilməməsi barədə mediada səslənən ittihamlara gəlincə, Azad Rəhimov hesab edir ki, Gömrük Komitəsində işləyən gənc qıza belə bir təqaüd verilməməlidir: "Bizdə prezident təqaüdü 60 -70 yaşından sonra idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verilir. Bəs Zülfiyyə xanım nəyə görə prezident təqaüdü almalıdır?"

 

Nazir bu məsələni Zülfiyyə Hüseynovanın özü ilə dəfələrlə müzakirə etdiyini bildirib. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv