Ağırlıqqaldıranlarımızın dopinq qalmaqalına görə 8 nəfər işdən çıxarılıb

18 ağırlıqqaldıranımızın dopinq qalmaqalı səbəbindən cəzalandırılması ilə əlaqədar və Azərbaycan Ağır Atletika Federasiyasının 8 üzvü işdən çıxarılıb.

 

APA TV-nin xəbərinə görə, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi (MOK) bununla bağlı birgə bəyanat yayıb. İşdən çıxarılanlar federasiya rəsmiləri, məşqçilər və yığmanın həkimidir. Hazırda federasiya tərəfindən araşdırmalar davam etdirilir. Araşdırma nəticəsində lazım gələrsə, yaranmış problemdə məsuliyyəti olan digər şəxslərin də qurumdan uzaqlaşdırılacağı bildirilir.

Nazirlik və MOK-un araşdırmalarının əsas istiqamətlərindən biri isə idmançılardan 2013-cü ilin aprel, iyun və sentyabr aylarında idmançılardan götürülmüş dopinq-testin müsbət nəticə verməsinə baxmayaraq, cavabların bir il sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi səhifəsində yer almasıdır. Digər araşdırılması tələb olunan sual idmançılarımızın dopinq-testdə ilişmələrinə rəğmən, beynəlxalq yarışlara buraxılmasıdır. Bu və digər suallar araşdırılması üçün müvafiq qurumlara göndərilib.

“İdman haqqında” Qanuna əsasən, dopinqdən istifadə edən idmançıların 2000 manat cərimələnməsi və ya 2 ilədək azadlıqdan məhrum edilməsi nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova