Ağcabədidə kişi işığını kəsən elektriki linglə ölümcül döyüb

Ağcabədi rayonunda bir nəfərin ölümcül döyülməsi ilə nəticələnən insident baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşı Ziyəddin Səfər oğlu Əbülhəsənov, dəfələrlə edilən xəbərdarlığa rəğmən işıq pulunu ödəməyən Hacıbədəlli kənd sakini Hüseynov Mehman Əmir oğlunun evinə gedən elektrik naqilini akt əsasında kəsib. Bundan sonra ev sahibi ilə elektrik arasında mübahisə yaranıb.

Mehman Hüseynov dəmir linglə Ziyəddin Əbülhəsənovu ölümcül döyüb. Ağcabədi Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Rza Səmədov faktı təsdiqləyib. Onun sözlərinə görə, ağır xəsarət alan Ziyəddin Əbülhəsənov Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv