Gəncədə 21 yaşlı tələbə bıçaqlanıb

Gəncədə tələbə bıçaqlanıb. Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV -yə verilən məlumata görə, Ucar rayon sakini, Azərbaycan Dövlət Aqrar Universitetinin 3-cü kurs tələbəsi 21 yaşlı Yusif Məmmədov qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkim Bəxtiyar Əliyev deyib ki, dərhal xəstə əməliyyat edilib, daxili orqanlarında yaralar tikilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. Reanimasiya şöbəsinə yerləşdirilib.
Onun şəhərin Cavadxan küçəsində bıçaqlandığı bildirilir.
Yusif Məmmədovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli