Bakıda yaşayış evində partlayış

Bakının Nizami rayonunda yaşayış evində partlayış olub. APA TV-nin məlumatına görə, hadisə Bəhruz Nuriyev küçəsindəki beşmərtəbəli binanın 1-ci mərtəbəsində Qafar Qafarova məxsus mənzildə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə İdarəsinin Nizami rayon hissəsinin yanğınsöndürənləri və "Azəriqaz" QSC-nin mütəxəssisləri cəlb olunublar.

Partlayış nəticəsində xəsarət alan olmasa da, mənzildəki otaqların pəncərə şüşələri sınıb, qapı və pəncərələrin çərçivələri isə yerindən çıxaraq həyətə düşüb.

 

Hadisənin səbəbləri ilə bağlı ilkin araşdırmaların nəticələri artıq məlumdur. Aprelin 23-də təmir işləri ilə əlaqədar Nizami rayonuna təbii qazın verilməsində fasilə yaranıb. Axşam saatlarında qaz nəqli bərpa edilib. Lakin ev sahibinin bundan xəbəri olmayıb və açıq qalan qaz plitəsindən mənzilə qaz dolub. Partlayışın da bu səbəbdən baş verdiyi bildirilir.

 

Qaz İstismar Sahəsinin xidmət rəisi Əhməd Rəhimov deyib ki, hadisə ev sahibinin səhlənkarlığı üzündən baş verib. O, qaz plitəsini nəzarətsiz qoyub.

 

Nizami rayon Qaz İstismar Sahəsinin 4 saylı xidmət sahəsinin rəisi onu da deyb ki, təbii qazın verilişində fasilələrin olacağı ilə bağlı bir gün əvvəldən KİV vasitəsilə əhaliyə xəbərlarlıq edilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv