Bakıda mənzil yandı, azyaşlı tüstüdən zəhərləndi
Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda yanğın olub. APA TV-nin məlumatına görə, Atatürk prospektində yerləşən yaşayış binasının ikinci mərtəbəsində mənzil yanıb. Bina sakinləri hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat veriblər.
Hadisə yerinə gələn yanğınsöndürənlər mənzilə girməkdə çətinlik çəkiblər. Onlar yanan mənzilə pəncərənin şüşələrini sındıraraq daxil ola biliblər. Alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Mənzildə tüstüdən zəhərlənən azyaşlı aşkarlanıb. O, yanğınsöndürənlər tərəfindən xilas edilib və xəstəxanaya göndərilib.
Yanğının səbəbləri araşdırılır.